AGF: Cəbrayıl Həsənov karyerasını bitirməyib

KİV-də sərbəst güləş millimizin kapitanı Cəbrayıl Həsənovun karyerasını başa vurması ilə bağlı xəbər yayılıb. AGF nəzəriə çatdırır ki, 3-qat Avropa çempionu, dünya 2-cisi və Rio olimpiadasının bürünc medalçısı və yığma komandanın məşqçilər korpusu bununla bağlı qəti qərar verməyib.

Allsport.az saytı xəbər verir ki, titullu bahadır yığmanın üzvüdür və yaxın gələcəkdə karyerasını güləşçi və ya məşqçi kimi davam etdirəcəyinə qərar veriləcək və bu qərar ictimaiyyətə açıqlanacaq.

Həmin kateqoriyadan