Dünya çempionatına yollanacaq güləşçilərimiz bilindi

Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda ölkəmiz hər 3 növdə təmsil olunacaq. Bu gün olimpiya güləş mərkəzində Azərbaycan güləş federasiyasının prezident əvəzi Namiq Əliyev mundialda iştirak edəcək heyəti açıqlayıb.

Yarışın ilk günlərində baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), Kənan Heybətov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) yer alıblar.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə 3 qadın güləşçimiz DÇ-də çıxış edəcək. Bunlar Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolovadır (65 kq).

Çempionatın sonlarına doğru yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) uğur qazanmağa çalışacaqlar.

I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyacaq.

Həmin kateqoriyadan