Güləş üzrə Bakı çempionatının qalibləri bilinib

Tofiq Bəhramov adına respublika stadionunun güləş zalında Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə paytaxt çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, koronavirus pandemiyası üzündən 2 il aradan sonra baş tutan yarışda ilk gündə meydan “sərbəstlər”ə verilib.

Yekunda, İzzət Cəfərov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Rəşid Babazadə (65 kq), İsbər Əkbərli (70 kq), Mürşüd Hüseynov (74 kq), Fuad Yunusov (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Nəsib İsayev (92), Zəfər Əliyev (97 kq) və Cavid Sadıqov (125 kq) 1-ci yeri tutublar.

Yunan-Roma güləşində isə, Tural Mehdiyev (55 kq), Fərdi Hümbətov (60 kq), Əli Əliyev (63 kq), Rövşən Tağıyev (67 kq), Ömər Musazadə (72 kq), Xasay Həsənli (77 kq), Tuncay Vəzirzadə (82 kq), Cavid Yusifov (87 kq), Niyaməddin İbrahimov (97 kq) və Tarış Əbilov (130 kq) qalib adını qazanıblar.

Həmin kateqoriyadan