Güləş üzrə Bakı çempionatının qalibləri

Şağan olimpiya idman kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Bakı çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, Bakı çempionatı yanvarın 29-da start götürəcək Azərbaycan çempionatına seçmə xarakteri daşıyıb.

Sərbəst güləş üzrə yarışda Elvin Cəfərqululu (57 kq), Zamin Məmmədov (61 kq), Balaxan Hüseynov (65 kq), Fazil İsmayılzadə (70 kq), Heydərəli Seyidov (74 kq), Emin Qaçayev (79 kq), Abdulla Şərif (86 kq), Vüqar Həsənov (92 kq), İsa Hüseynov (97 kq) və Nizami Allahverdiyev (125 kq) çempion olub.

Yunan-Roma güləşi üzrə yarışda isə Bəxtiyar Hüseynov (55 kq), Maksut Cankurtaran (60 kq), Murad Əliyev (63 kq), Memar İbrahimov (67 kq), Məhəmməd Qurbanov (72 kq), Cavidan Nehmətov (77 kq), Hüseyn Yusifzadə (82 kq), Cocu Səmədov (87 kq), İsa Hüseynov (97 kq) və Museyi-Kazım Hüseyn (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmin kateqoriyadan