Güləş üzrə Bakı çempionları müəyyənləşib

Noyabrın 22-23-də Şağan olimpiya idman kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı keçirilib. Yarışda 207 idmançı iştirak edib.

Allsport.az xəbər verir ki, sərbəst güləşdə Şahin Muxtarov (57 kq), Mahir Əmiraslanov (61 kq), Seymur Cəbrayılov (65 kq), Rübail İbrahimli (70 kq), Vüsal Əliyev (74 kq), Emin Qocayev (79 kq), Səttərxan Allahverdili (86 kq), Anar Cəfərov (92 kq), Cavid Sadıqov (97 kq) və Xəyal Xanmuradov (125 kq) çempion olub.

Yunan-Roma güləşində isə Emin Cavadlı (55 kq), Hüseyn Hüseynov (60 kq), Ariz Hüseynov (63 kq), Seymur Qasımov (67 kq), Namaz Rüstəmov (72 kq), Cavidan Nehmətov (77 kq), Hüseyn Hümbətzadə (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Xəyal Xanmuradov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu yarış 19-21 dekabrda Bakı İdman Sarayında keçiriləcək Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Həmin kateqoriyadan