Dünya çempionatına Azərbaycan hakimlərindən yalnız Asif Şirəliyev təyinat aldı

14-22 sentyabrda Qazaxıstan paytaxtı güləşçilərin dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarış əhəmiyyətinə görə son 3 mövsümdən fərqlənir. Olimpiya çəkilərində mübarizədə ilk 5 yerdə qərarlaşanlar Tokio-2020-yə yollanmaq hüququ alacaqlar. Amma Nur-Sultanda diqqət təkcə pəhləvanlara yönəlməyəcək. İ-S dərəcəli hakimlər də sınaqdan üzüağ çıxmalıdırlar.

Bu gün Dünya güləş birliyi ən güclülərin yarışına yollanacaq 6 UWW nümayəndəsi və 64 referinin adını açıqlayıb. Siyahıda Azərbaycandan 1 nəfər var. Bu, Asif Şirəliyevdir. O, Minsk-2019 Avropa oyunlarında (21-30 iyun) və 26-28 iyulda belaruslu olimpiya çempionu Oleq Karayevin xatirəsinə keçiriləcən yarışlarda etimadı doğruldub. Dünya çempionatında 50 ədalət qoruyucusu seçilərək, Tokio olimpiadasına düşmək hüququna yiyələnəcəklər.

Qeyd edək ki, ölkəmizin ümimilikdə 4 olimpiya dərəcəli referisi var. Bunlar
Hicran Şərifov, İntiqam Alıyev və Sədi Quluyevdir.

Həmin kateqoriyadan