- Baxış sayı: 34
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Güləş üzrə milli komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlaşır. Allsport.az saytı xəbər verir ki, yığma üzvləri Olimpiya Güləş Mərkəzində gündə 2 dəfə məşq keçirlər. Qarşıda hər üç növ üzrə seçmə kollektivi beynəlxalq yarışlar gözləyir.
Pəhləvanlarımız öncə noyabrın 6-8-də Moskvada keçiriləcək Avropa Millətlər Kubokunda, ardından ayın 27-29-da Bakıda baş tutacaq ümummilli lider Heydər Əliyevin xatirəsinə Qızıl qran-rrinin final mərhələsində qüvvələrini sınayacaqlar.