Güləş üzrə U-17 ölkə çempionatı

19-22 apreldə “Xilasedici” idman-sağlamlıq mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yeniyetmələrin ölkə birinciliyi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, 3 illik fasilədən sonra baş tutacaq.

Çempionatın keçirilməsində məqsəd güləşin təbliği, bu idman növündə kütləviliyə nail olmaq və qarşıdan gələn mühüm beynəlxalq yarışlar ərəfəsində müvafiq milli komandaların heyətinin yenidən formalaşdırılmasıdır. Beynəlxalq və milli dərəcəli hakimlərimizin idarə edəcəyi yarışın medalçıları U-17 yaş qrupu üzrə yığma komandaların heyətinə cəlb olunacaq.

Görüşlər hər gün saat 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 16:30-da start götürəcək. Yarışın təntənəli açılış mərasimi aprelin 19-da saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan