Güləş üzrə yeniyetmə və gənclərin Avropa çempionunu qətlə yetirən şəxs həbs edilib

Şamaxı rayon məhkəməsində sərbəst güləş üzrə yeniyetmələrin Avropa birinciliyinin qalibi, qitə və dünya çempionatlarının mükafatçısı, gənclər arasında qitə çempionu və dünya birinciliyinin medalçısı Ruslan Surxayevi öldürməkdə təqsirləndirilən Orxan Hacıyev barəsində cinayət işi açılıb və o, 3-aylıq həbs olunub. Allsport.az saytı xəbər verir ki, idman müəllimi məhkəmədə törədiyi əməli etiraf edib.

Hadisə fevralın 1-də gecə saatlarında şəhərin “Yeddi Günbəz” qəbirstanlığında baş verib. Aralarında yaranmış mübahisə nəticəsində 1991-ci il təvəllüdlü Orxan Hacıyev mətbəx bıçağı ilə həmyerlisi 25 yaşlı Ruslan Surxayevi bışaqlayıb. Beş yerdən xəsarəti alan bahadır oraca ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə 2-ci kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo üzrə dünya kubokuda 2-ci yeri tutub.

Həmin kateqoriyadan