Güləş yığmalarımız reytinq yarışlarına Türkiyədə hazırlaşır

Güləş yığmalarımız reytinq yarışlarına Türkiyədə hazırlaşır

Güləş üzrə milli komandalarımız reytinq xarakterli beynəlxalq yarışlara hazırlıqları davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu dəfə təlim-məşq toplanışı Türkiyədə keçir. Bu məqsədlə hər 3 növ üzrə yığmamızın üzvləri İstanbuldadır.

Ayın əvvəlindən qardaş ölkəyə yollanan yunan-Romaçılar iştirak etdiyi hazırlıqda Hindistan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Estoniya, Litva, Ukrayna və Moldova komandaları da var. Milli 20-22 iyulda Vəhbi Əmrənin xatirə turnirdə qüvvələrini sınayacaq.

Digər 2 komandamız ötən həftədən etibarən İstanbulda təlim-məşq toplanışına başlayıb. “Sərbəstlər” Hindistan, Belarus, Ukrayna və Tatarıstan komandaları ilə birgə toplanışdadır. Qadın güləşçilərin təlim-məşqində Türkiyə və Hindistan komandaları da iştirak edirlər.

Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz 27-29 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan  reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.

Həmin kateqoriyadan