Güləş yığmalarımız Türkiyə ilə birgə hazırlaçacaq

Güləş yığmalarımız Türkiyə ilə birgə hazırlaçacaq

Güləş yığmalarımız qarşıdakı mühüm yarışlara hazırlıq məqsədi ilə toplanışlara start veriblər. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər” NamiqArif Abdullayev qardaşlarının rəhbərliyi ilə Bakıda təlim-məşqə başlayıblar. Yanvarın 4-dən etibarən, komandamız gündə 2 dəfə çalışır. Hazırlıq ayın 14-dək davam edəcək.

Digər millilərimiz təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıblar. Qadınlar baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komandayla birgə olacaq.

Yunan-Roma güləşçiləri də Türkiyə yığmasıyla birgə TMT-də iştirak edəcəklər. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin nəzarəti ilə sabah start götürəcək birgə toplanış yanvarın 16-dək davam edəcək.

Həmin kateqoriyadan