FOTO
Güləş yığmalarımızın açıq məşqi

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız hazırlığı paytaxtda davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, bu gün AGF-in stadionunda açıq məşq olub. Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək olimpiadaya lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan millilərimiz karantin dövründə də məşqlərə ara verməyib.

Bahadırlarımız pandemiya ilə əlaqədar ölkədə sərt karantin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər edib. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib.

Hazırda yığmalarımız açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. AGF idmançılarımızın yüksək hazırlıq səviyyəsində olması üçün milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.

Həmin kateqoriyadan