Güləş yığmamızın yeni baş məşqçisi: “Finalda Hacı Əliyevə haqsızlıq edildiyi fikrindəyəm”

Yunan-Roma üsulunda millimizin keçmiş üzvü, hazırda çimərlik güləşi yığmanın baş məşqçi Oyan Nəzərli öz sosial hesabında paylaşım edib verib. Allsport.az saytı xəbər verir ki, o, Tokio-2020-də gümüş medal qazanan Hacı Əliyevin çıxışına qiymət verib:

“Əziz güləşsevərlər, hər şeydən qabaq bütün Azərbaycan xalqını və güləşcilərimizi qazanılan medallarla bağlı təbrik edirəm. Finalda dünya çempionumuz Hacı Əliyevə haqsızlıq edildiyi fikrindəyəm. Bu barədə dostlar sual verir ki, niyə?

Diqqətinizi çəkmək istədiyim məqam, 1-ci hissədə orta hakim japon idmançı əleyhinə 2 dəfə xəbərdarlıq göstərdi, ancaq kənar hakimlər hər 2 halda bu qərarla razılaşmadı. Əgər o xal xəbərdarlıq Hacıya verilsəydi, japon güləşci 2-ci hissədə elə rahat qaça bilməzdi. Belə olan halda, Hacının xal alma ehtimalı daha yüksək olacaqdı.

Hər halda, bu mənim şəxsi fikrimdir. Sonda isə bu olimpiada üçün gözümün önündə böyük zəhmət və əziyyətlərinə şahid olduğum Azərbaycan güləş federasiyasını, məşqçilərimizi, güləşcilərimizi qazanılan bu meddallar münasibəti ilə təbrik edirəm. Yorulmayasınız. İrəli və davam!”

Həmin kateqoriyadan