Yunan-Roma güləşçiləri AÇ-yə 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başladılar

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Allsport.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.

Martda 60 kq-da U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. Əliyev sırayla ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türkiyəli Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyükhesablı qələbə qazanıb. Elmir finalda ukraynalı Marko Voloşinə də tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.

Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb – 5:8. Rəqib finaladək irəlilədiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mustafayev çexiyalı Matous Yankeviçi mübarizədən kənarlaşdırıb – 3:0. Fəraim türkiyəli Furkan Erkenə də 13:10 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb. 

Etibar Rzayev (87 kq) ilk mərhələdə finlandiyalı Elias Liiskiyə 2:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rumıniyalı Patrik Qordanla bacarmayıb – 2:9.

Həmin kateqoriyadan