Güləşçilər arasında “Təhsil” beynəlxalq turniri

5-11 dekabrda yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında “Təhsil” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, elm və təhsil nazirliyinin güləş federasiyası ilə ortaq təşkil etdiyi yarışda 7 ölkədən ümumilikdə 500-ə yaxın idmançı mübarizə aparacaq.

Ötən il keçirilən eyni turnirdən fərqli olaraq, bu dəfə U-17 yaş qrupu ilə yanaşı, U-15 üzrə də rəqabət olacaq. Proqrama əsasən, ilk 4 gündə U-15, növbəti 3 gündə U-17 yaş qrupunda yer alanlar xalça üzərinə çıxacaqlar.

FHN-in idman-sağlamlıq mərkəzində yarışın təntənəli açılışı 5 dekabr saat 16:00-da başlayacaq. Qarşılaşmalar hər gün saat 10:00-da start götürəcək. Yarış güləşdə kütləviliyin artmasına nail olmaq və müvafiq milli komandalara seçim məqsədi daşıyır.

Həmin kateqoriyadan