Güləşçilər U-20 dünya çempionatında

14-20 avqustda İordaniyanın paytaxtı Əmmanda U-20 dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi ilə ölkəmizi Ruslan Abdullayev (57 kq), Musa Ağayev (61 kq), Ramik Heybətov (65 kq), Mircavad Nəbiyev (70 kq), Elxan Qarayev (74 kq), Əli Tsokayev (79 kq), Təbriz Bayramov (86 kq), Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) təmsil edəcəklər.

Sonra estafet qadınlara keçəcək. Böyük məşqçi Rövşən Umudovun tapşırıqlarını Elvina Kərimzadə (50 kq), Gültəkin Şirinova (53 kq) və Əsmər Canqurtaran (55 kq) yerinə yetirməyə çalışacaq.

Çempionata yunan-Roma güləşçilərinin çıxışıyla yekun vurulacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi ilə Fərid Sadıxlı (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) mübarizə aparacaq.

Dünya çempionatında bizdən 1-ci beynəlxalq dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.

Həmin kateqoriyadan