Güləşçilərimiz 4 çəkidə birinci yeri tutublar

Güləş üzrə beynəlxalq “Təhsil” turnirində U-17 yaş qrupu üzrə mübarizəyə start verilib.

Allsport.az xəbər verir ki, sərbəst güləşçilər 6 çəkidə qalibi müəyyənləşdiriblər.

Azərbaycan idmançılarının üstünlüyü ilə keçən görüşlərdə komandamız 4 qızıl medal qazanıb. 60 kq çəki dərəcəsində Fransa, 65 kq-də isə Qırğızıstan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qeyd edək ki, “Təhsil” turnirinə dekabrın 11-də yekun vurulacaq.

45 kq
1. Ramal Mirhüseynov (Azərbaycan)
2. Kamal Əhmədov (Azərbaycan)
3. Tohid Ələskərov (Azərbaycan), Məmmədəli Məmmədov (Azərbaycan)

48 kq
1. Ruslan Əlizadə (Azərbaycan)
2. Fərhad Hacıyev (Azərbaycan)
3. Məhərrəm Rzayev (Azərbaycan), Hacıhüseyn Əhmədzadə (Azərbaycan)

51 kq
1. Məmmədəli Əlizadə (Azərbaycan)
2. Cəfər Cəfərov (Azərbaycan)
3. Kənan Sadıxov (Azərbaycan), Əli Abbasov (Azərbaycan)

55 kq
1. Hüseyn Hüseynov (Azərbaycan)
2. Beknur Koişibay (Qazaxıstan)
3. İlqar Hüzuryani (Azərbaycan), Seyhun Əlizadə (Azərbaycan)

60 kq
1. Ubayda İtayev (Fransa)
2. Rahid Seyfullazadə (Azərbaycan)
3. Amil Ələskərov (Azərbaycan), Danuş Covkar (Böyük Britaniya)

65 kq
1. Rüstəmcan Kaxarov (Qırğızıstan)
2. Abdullah Nakayev (Fransa)
3. İmaməli Yamlihay (Azərbaycan), İsa Yusibov (Azərbaycan)

Həmin kateqoriyadan