Güləşçilərimiz Avropa çempionatı və İslam oyunlarına hazırlığı davam etdirir

Güləşçilərimiz Avropa çempionatı və İslam oyunlarına hazırlığı davam etdirir

Yığma komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və 4-cü İslam 0yunlarına hazırlıqları davam etdirir. Allsport.az saytı xəbər verir ki, yunan-Roma və sərbəst güləşçilərimiz Olimpiya Güləş Mərkəzində, qadınlar Kiyevdə Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər.

Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək. Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə aprelin 17-dən başlayıb və 30-dək davam edəcək.

Məlumat üçün bildirək ki, Avropa çempionatı 2-7 mayda Serbiyanın Novi Sad şəhərində başa tutacaq. Bakı-2017-də güləş yarışları 17-21 mayda Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Həmin kateqoriyadan