VİDEO
Güləşçilərimiz dünya çempionatının hazırlıqlarına başlayıb

Yunan-Roma güləşi üzrə millimiz avqustun 26-da növbəti təlim-məşq toplanışına start verib. Allsport.az saytı xəbər verir ki, olimpiya güləş mərkəzində hazırlıq sentyabrın 8-dək davam edəcək. TMT qarşıdan gələn dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif ƏliyevHəsən Əliyevin rəhbərliyi altında baş tutan məşqlər gündə 2 dəfə olmaqla keçirilir. Məşqçilər korpusu yalnız çərşənbə və şənbə günləri bir məşqlə kifayətlənir.

Dünya çempionatı oktyabrın 2-dən 10-dək davam edəcək.

Həmin kateqoriyadan