Güləşçilərimiz İvan Yarıginin xatirə yarışında

Dekabrın 1-2-də Moskvada 2-qat olimpiya çempionu İvan Yarıginin xatirəsinə komandalararası “Alrosa” kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Dinamo” idman sarayında yarış olimpiya çəkiləri üzrə olacaq.

Sərbəst güləşçilərin rəqabətində məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə İslam Bazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidlidən (125 kq) mübarizə aparacaqlar. Rəqiblər Rusiya, İran, Gürcüstan və Özbəkistandır.

Yunan-Roma güləşi üzrə yığmamızın heyətində Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambəy Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) yer alıblar. Onlar məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun tapşırıqlarını icra edəcəklər. Əks tərəfdə Rusiya, Özbəkistan və Gürcüstandır.

Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev təmsil edəcək.

Həmin kateqoriyadan