- Baxış sayı: 74
- 24 İyun 2026 22:19
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb.
42 kq çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. 69 kq-da yarışan Ülvi Qənizadə isə, fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb və bürünc medal qazanıb.
Zaur Nuriyev (46 kq) və Camal Feyziyev (100 kq) isə həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.