- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 41
- İyun 26, 2026
- 0

Yunan-Roma və sərbəst güləşçilərimiz bu gün növbəti təlim-məşqə start veriblər. Allsport.az xəbər verir ki, hər 2 yığma ölkə xaricində toplanış keçir.
“Klassiklər” baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə Minskdədir. “Stayki” olimpiya mərkəzində hazırlığa bir neçə ölkənin komandası qatılıb. Proses fevralın 25-dək davam edəcək.
Sərbəst güləş yığması isə Dağıstana yollanıb. Mahaçqaladakı toplanışa baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov nəzarət edirlər. Bu komandanın da ölkə xaricində hazırlığı fevralın 25-dək davam edəcək.
Təlim-məşq toplanışları martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.