Güləşçilərimiz U-17 dünya çempionatında

İyulun 31-dən avqustun 6-dək İstanbulda güləş üzrə U-17 dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günlərində böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz çıxış edəcək.

Heyətdə Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Tural Əhmədov (55 kq), Roman Kərimov (60 kq), Yusif Əhmədli (65 kq), Cavad Məmmədov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yer alıblar.

Sonra qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Səadət Quliyeva (43 kq), Ruzanna Məmmədova (53 kq), Günay Qurbanova (57 kq) və Zəhra Kərimzadə (69 kq) uğur qazanmağa çalışacaqlar.

DÇ-nin son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Sədrəddin Həsənov (51 kq), Əli Əliyev (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), İsmayıl Əsədli (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) ölkəmizi təmsil edəcək.

Başağşəhər idman kompleksində görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Dünya çempionatında 1-ci dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.

Həmin kateqoriyadan