Güləşçilərimiz üçün 4 medal şansı

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. Allsport.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.

Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edir.

Yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində güləşçilər yarışır. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

50 kq
1/8 final – Amlet Taalaiberov (KGZ) – Nofəl Babayev

60 kq
1/16 final – Jan Lourens Combrinck (RSA) – Kərim Cəfərov

74 kq
1/16 final – Burgo Berşaliev (KGZ) – Şəmistan Quluzadə

96 kq
1/8 final – Soslan Fanziyev – Tracy Haucock (USA)

Həmin kateqoriyadan