Güləşçilərimiz “Zəfər kuboku”nda

Sabah Antalyada güləş üzrə “Zəfər kuboku” turniri start götürəcək.

Allsport.az xəbər verir ki, yarışda 17 yaşadək yeniyetmə güləşçilər yarışacaq.

Azərbaycan yığması turnirdə geniş heyətlə təmsil olunacaq. Yunan-Roma güləşi üzrə milli böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında geniş tərkibdə turnirdə iştirak edəcək. 20 nəfərlik heyətdə Nicat İsgəndərli, Şahid Nəbiyev (hər ikisi 45 kq), Əmrah Əmrahov, Əli Sucayev (hər ikisi 48 kq), Turan Daşdəmirov (51 kq), Əli Nəzərov, Nicat Dadaşov (hər ikisi 55 kq), Ayxan Cavadov, Səyyad Nağızadə, Hüseyn Ağayev (hamısı 60 kq), Oruc İbrahimxəlilov, İsbəndiyar İmanov, Akif Nəcəfov, Emil Abdullayev (hamısı 65 kq), Yusif Əhmədli (71 kq), Elnur Hüseynov, Cavad Məmmədov, Orxan Hacıyev (hamısı 80 kq), Mikayıl İsmayılov (92 kq) və Əli Bayramov (110 kq) yer alıb.

Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nəzrin Əhmədli (43 kq), Esra Məmmədli (49 kq), Xədicəxanım Taıbova (53 kq), Fidan Babayeva (57 kq), Günay Qurbanova (62 kq) və Zəhra Kərimzadə (73 kq) qız güləşçilərin yarışında mübarizə aparacaq.

Ənənəvi turnirdə 12 sərbəst güləşçimiz qüvvəsini sınayacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Kamal Əhmədov (45 kq), Ruslan Əlizadə (48 kq), Məhəmmədəli Əlizadə (51 kq), Hüseyn Hüseynov (55 kq), Hüseyn İsmayılov, Rahid Seyfullazadə (hər ikisi 60 kq), İsa Yusibov (65 kq), Məhəmməd Abbaszadə, Hüseyn Məmmədtağızadə (hər ikisi 80 kq), Fərhad Süleymanlı, Səid Paşayev (hər ikisi 92 kq) və İsmayıl Kərimov (110 kq) çıxış edəcək.

Həmin kateqoriyadan