Güləşçilərimizdən 10 mükafat

Antalya güləş üzrə “Çempionlar” turniri sona çatıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması ənənəvi turnirdə 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıb.

U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edib. Sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kq) Sadiq Mustafazadə (86 kq) gümüş, Ruslan Abdullayev (61 kq), Ramik Heybətov (70 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb. Yığmamız komanda hesabında 3-cü yeri tutub.

Qadınlardan ibarət yığma 4 medal əldə edib. Əsmər Cankurtaranla (53 kq) Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvina Kərimzadə (55 kq) və Nərgiz Səmədova (55 kq) isə bürünc medal əldə edib. Bu komandamız da yekunda 3-cü yeri tutub.

Beynəlxalq dərəcəli hakim Sevinc Yusibova turnirdə bizdən ədaləti qoruyub.

Həmin kateqoriyadan