Güləşçilərimizdən 3 medal

Buxarestdə sərbəst güləş üzrə Avropa çempionatı sona yaxınlaşır. Allsport.az xəbər verir ki, bu gün ilk mükafatçılar müəyyənləşib.

57 kq-da İslam Bazarqanov bürünc medal uğrunda görüşdə Kamil Kərimovu (Ukrayna) 10:8 hesabı ilə məğlub edib.

Əli Rəhimzadə 65 kq-da bürünc medal üçün Həmzət Arsamirzəyevi (Fransa) 4:0 yenib.

Son olaraq Məhəmmədxan Məhəmmədov 97 kq-da finala qədər irəliləyib, burada o, gürcüstanlı Givi Matçaraşviliyə uduzaraq, yarışı gümüş medalla başa vurub.

Həmin kateqoriyadan