Güləşçilərimizdən daha 4 qızıl 

Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinin ikinci günü arxada qalıb.

Allsport.az xəbər verir ki, bu gün U-15 yaş qrupunda sərbəst güləşçilərin mübarizəsinə yekun vurub.

Yarışda 5 çəkidə ən güclülər müəyyənləşib. Azərbaycan güləşçiləri 4 çəkidə bütün rəqiblərindən güclü olub. Yalnız 85 kq çəki dərəcəsində Qazaxıstan güləşçisi birinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan sərbəst güləşçiləri 4 qızıl qazanıblar.

41 kq

1. İbrahim Həsənov (Azərbaycan)
2. Ruhid İspərov (Azərbaycan)
3. Tamerlan Aşenov (Qazaxıstan), Fuad Rzayev (Azərbaycan)

48 kq
1. Sammit Hüseynov (Azərbaycan)
2. Məhəmmədəli Mansurov (Azərbaycan)
3. Tərlan Bayramov (Azərbaycan), Aslan Əmirov (Azərbaycan)

57 kq
1. Tunar Quliyev (Azərbaycan)
2. Məhəmməd Həsənli (Azərbaycan)
3. Məhəmməd Şirinli (Azərbaycan), Ramal Məmmədoğlu (Azərbaycan)

68 kq
1. Elgün Kərimli (Azərbaycan)
2. Fərid İsmayılov (Azərbaycan)
3. Tural Eynullayev (Azərbaycan), Elvin Hacıquliyev (Azərbaycan)

85 kq
1. Nurbol Maqauiya (Qazaxıstan)
2. Elnur Cabbarlı (Azərbaycan)
3. Röyal Muradov (Azərbaycan)

Həmin kateqoriyadan