Güləşçilərimizdən uğurlu start: ilk gündə 1 qızıl və 3 bürünc medal

Bolqarıstanın Ruse şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə güləş üzrə beynəlxalq turnir başlayıb. Allsport.az saytı xəbər verir ki, sayca 55-ci dəfə keçirilən yarışda hər 3 növ üzrə milli komandalarımız iştirak edirlər. Nəticələr uğurludur.

Yunan-Roma güləşində 71 kq-da Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. O, bütün görüşləri tam üstünlüklə başa vurub, rəqiblərinə xal verməyib. Taleh Məmmədov (59 kq) bürünc medal qazanıb.

Sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) və Məhəmməd Müslümov (65 kq) 3-cü ter tutublar. Qadınlarda Elis Manolova (69 kq) 5-ci olub.

Həmin kateqoriyadan