Güləşçilərimizin AÇ-də rəqibləri müəyyənləşdi

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Bu gün püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

55 kq
Təsnifat: Elmir Əliyev – Vasili Mişaniç (Ukrayna)

60 kq
1/8 final: Nihat Məmmədli – Davit Jotyan (Ermənistan)

63 kq
Təsnifat: Qurban Qurbanov – Korneliu Rusu (Moldova)

67 kq
1/8 final: Həsrət Cəfərov – Adam Pohileç (Macarıstan)

72 kq
Təsnifat: Xasay Həsənli – İvo Sviqler (Çex Respublikası)

77 kq
1/8 final: Elcan Məmmədov – Conni Sarkkinen (Finlandiya)

82 kq
Təsnifat: Murad Əhmədiyev – Yaqo Qobadze (Gürcüstan)

87 kq
Təsnifat: Laçın Vəliyev – Tirone Sterkenburq (Hollandiya)

130 kq
Təsnifat: Sərxan Məmmədov – Mate Qokadze (Gürcüstan)

Sabah 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İyunun 3-də isə 60, 67, 72, 82 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Həmin kateqoriyadan