Güləşçilərin Göygöl toplanışını davam etdir. Fiziki hazırlıq üçün ABŞ-dan mütəxəssis cəlb olunub

Yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığmalarımızın Göygöl toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, ötən həftənin ilk günlərindən olimpiya idman kompleksində başlayan hazırlığı AGF-in rəhbərliyi də yaxından izləyir. TMT-nin əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Bu məqsədlə ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi ölkəmizə dəvət olunub. Güləşçilərimiz amerikalı mütəxəssisin nəzarəti ilə fiziki yükləmələrlə məşqləri davam etdirir.

“Sərbəstlər” baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif ƏliyevHəsən Əliyev, qadınlardan ibarət komandamız isə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərlikləri ilə qarşıdan gələn iki mühüm yarışa hazırlaşır.

Bahadırlarımız aprelin 19-dan 25-dək Polşa paytaxtı Varşavada qitə çempionatında və mayın 6-dan 9-dək Bolqarıstanın baş şəhəri Sofiyada dünya olimpiya təsnifatında təmsil edəcək.

Qitə birinciliyində iştirak edəcək heyət həftəsonu Bakıya qayıdacaq və taktiki-texniki hazırlığı olimpiya güləş mərkəzində keçəcək. Digərləri Göygöldə hazırlığı davam etdirəcək.

Həmin kateqoriyadan