Güləşçilərin Polşa sınağı

Bu gün paytaxt Varşavada güləş üzrə açıq Polşa turniri start götürüb.  Allsport.az saytı xəbər verir ki, iyulun 30-dək davam edəcək yarışda ölkəmizi qadın və “sərbəstlər” təmsil edəcəklər. İyulun 27-28-də adı ilk çəkilən növdə Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq.

Yarışın son 2 günündə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə sərbəst güləşçilər çıxış edəcəklər. Heyətdə Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq), Məhəmmədbəşir Xaniyev (70 kq), Turan Bayramov, Cəbrayıl Hacıyev, Hacımurad Hacıyev (hamısı – 74 kq), Osman Nurməhəmmədov (92 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıblar.

Ənənəvi turnirdə bizdən ədaləti 2-ci kateqoriyalı beynəlxalq hakim Zaur Şərifov qoruyacaq.

Həmin kateqoriyadan