- Baxış sayı: 43
- 11 May 2026 21:35
- Baxış sayı: 106
- May 11, 2026
- 0

Dünya güləş birliyi (UWW) 2 illik fasilədən sonra sərbəst güləşçilərə verilən pul mükafatını bərpa edib. Allsport.az xəbər verir ki, idmançıların dünya reytinqindəki mövqeyinə uyğun müəyyənləşdirilən mükafatı ilk 3-lükdə qərarlaşan pəhləvanlar alacaqlar.
Reytinqdə ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, 2-ci yerin sahibi 7 min dollar, 3-cü yerdə qərarlaşan isə 3 min dollar qazanacaq.
Mükafatçılar sırasında Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov da var. 92 kq çəki dərəcəsində dünya reytinqində 3-cü olan 23 yaşlı idmançıya 3 min ABŞ dolları mükafat veriləcək.
Nurməhəmmədov ötən ay Serbiyanın paytaxtı Belqradda keçirilmiş U-23 dünya çempionatında qızıl medal qazanıb.