- Baxış sayı: 183
- 07 İyul 2026 14:31
- Baxış sayı: 183
- İyul 07, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü fəxri kürsüyə qalxıb.
Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana “tuş”la qalib gələrək Avropa çempionu olub.
Cavidan Nehmətov (77 kq) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kq) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb.
Museyi-Kazım Hüseyn (130 kq) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.