- Baxış sayı: 37
- 26 Sentyabr 2023 10:01
- Baxış sayı: 38
- Sentyabr 27, 2023
- 0
Allsport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində yeniyetmələr (U-17) arasında “Zəfər kuboku” start götürüb.
Yarışın ilk günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb.
Qızların yarışında Günay Qurbanova (61 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Yunan-Roma güləşində isə Turan Daşdəmirov (45 kq) və Əli Seyidəlili (51 kq) çempion olub, Nurlan İbadzadə (60 kq) gümüş Roman Kərimovla (60 kq) Cavidan Nehmətov (71 kq) isə bürünc medal əldə edib.