- Baxış sayı: 24
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 87
- Avqust 10, 2026
- 0

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Bu gün 1 təmsilçimiz xalçaya çıxıb. Günay Qurbanova (59 kq) çətinlik çəkmədən finala yüksəlib. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçimiz almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Ağbaşla qarşılaşacaq.