TƏQVİM
Gürcüstan komandası Azərbaycan çempionatında

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib. Allsport.az xəbər verir ki, fevralın 18-dən həm super liqada, həm də yüksək liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq.

Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub. Bu gün paytaxtımıza gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena – dərnəgül voleybol mərkəzi və “Sərhədçi” olimpiya idman mərkəzi ev sahibliyi edəcək.

Azərbaycan çempionatı
Super liqa, qadınlar

18 fevral
15:00. “Mübariz” – Gürcüstan
Dərnəgül voleybol mərkəzi

19 fevral
15:00. “Azerreyl” – Gürcüstan
Dərnəgül voleybol mərkəzi

20 fevral
15:00. UNEC – Gürcüstan
Dərnəgül voleybol mərkəzi

21 fevral
15:00. “Abşeron” – Gürcüstan
Dərnəgül voleybol mərkəzi

Azərbaycan çempionatı
Yüksək liqa, kişilər

18 fevral
14:00 Express – MOİK
Sərhədçi olimpiya idman mərkəzi

16:00 Azərreyl – Neftçi
Sərhədçi olimpiya idman mərkəzi

17:00 Murov – Gürcüstan
Dərnəgül voleybol mərkəzi

19 fevral
17:00. “Xilasedici” – Gürcüstan
Dərnəgül voleybol mərkəzi

20 fevral
17:00. “Neftçi” – Gürcüstan
Dərnəgül voleybol mərkəzi

21 fevral
17:00. MOİK – Gürcüstan
Dərnəgül voleybol mərkəzi.

Həmin kateqoriyadan