- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Kişi voleybol millimiz Avropa çempionatının təsnifatına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, Fərid Cəlalovun komandası bu məqsədlə Gürcüstana təlim-məşqə yollanıb.
Tiflis toplanışı avqustun 11-də yekunlaşacaq. Hazırlıq çərçivəsində komandamızın yerli yığma ilə bir neçə yoxlama matçı keçirməsi də nəzərdə tutulub.
Bizimkilər Avro-2026-da “B” qrupunda Avstriya və Belçika yığmalarına qarşı mübarizə aparacaq. Adı ilk çəkilən rəqiblə oyun səfərdə avqustun 17-də olacaq. Ayın 24-də paytaxtda Belçika voleybolçularını qəbul edəcəyik.