“Hədəfimiz yaxşı statistik nəticələr əldə etməkdir”

23-29 iyulda Sloveniyanın Maribor şəhərində Avropa yeniyetmələrinin olimpiya festivalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millimizin liberosu Fərhad Cənkəl bununla bağlı açıqlama verib:

”Universiadanın başlanmasına çox az vaxt qalıb. İki aydır ki, biz yarışa tam ciddi şəkildə hazırlaşırıq. Təlim-məşqlərimiz hazırda daha da gərgin keçir.

Qrupdakı rəqiblərimiz kifayət qədər güclüdür. Oyunlarımız çox çətin keçəcək. Bununla belə, rəqibin kimliyindən asılı olmayaraq biz bütün gücümüzü ortaya qoyub uğurlu nəticə üçün çalışacağıq.

Komandamızın hər bir oyunçusu əlindən gələni edəcək. Biz yarışa həm psixoloji, həm də fiziki cəhətdən hazırıq. Hədəfimiz yaxşı statistik nəticələr əldə etməkdir”.

Həmin kateqoriyadan