Həftəlik 5! Toğrulun 74 kq-da qayıdışı və Cəbrayılın 86 kq-da çıxış etməsi dünya güləşinin gündəmində

Olimpiya çempionu Toğrul Əsgərovun 74 kq-da qayıdışı, dünya çempionatının mükafatçısı kubalı Pino Xindsin (130 kq) yunan-Romadan “sərbəstlər”ə keçməsi və adı son çəkilən növdə olimpiya, dünya və qitə çempionu Hacımurad Qaçalovun 37 yaşında qayıdaraq, bu dəfə Rusiya deyil, Ermənistan millisi adından çıxış etməyə hazırlaşması dünya güləşində müzakirəyə səbəb olub.

Allsport.az saytı xəbər verir ki, gəncəli bahadır 19-22 martda Macarıstan paytaxtı Budapeştdə keçiriləcək Avropa olimpiya təsnifatında Hacımurad Hacıyevi əvəzləyəcək. Legionçu ötən il Hur-Sultanda təşkil olunan planetin ən güclülərin yarışında 7-ci yer tutaraq, Tokio-2020-yə vəsəqə qazana bilmədi. O, son 2 qitə çempionatında da mükafatçılar sırasında yer almadı.

Toğrul Əsgərov artıq 3-cü dəfə güləş döşəyinə qayıdır. O, Rio olimpiadası ərəfəsində döndü və 65 kq-da finala qədər irəliləyərək həlledici tutaşmada rusiyalı Soslan Romanova yenilib. Həmyerlimiz xeyli müddət zədədən əziyyət çəkib və 2016-cı ildən bəri nadir hallarda yarışıb.

Unitedworldwrestling.org onu da qeyd edib ki, 74 kq-da Rio oyunlarının bürünc mükafatçısı və 79 kq-da 2 dəfə dünya çempionatının finalçısı Cəbrayıl Həsənovun 74 kq-a enəcəyi barədə şayiələr yayılıb, amma 86 kq-da “Yaşar Doğu”da çıxış etməsi bunun əksini göstərir.

Həmin kateqoriyadan