“Hələ zəif tərəflərim var”

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, turniri gümüş medalla başa vuran Zirəddin Bayramov, komandanın çıxışını dəyərləndirib:

“Yığma komandanın məşqçilər korpusuna təşəkkür edirəm. Ötən il ağır cərrahiyyə əməliyyatı keçirmişdim. Bu əməliyyatdan sonra qatıldığım ilk nüfuzlu yarışda gümüş medal qazandım. Buna da şükür. İnşallah, gələcəkdə daha yaxşı hazırlaşıb, çempion olmağa çalışacağam. Rusiya güləşçisiylə ilk dəfə qarşılaşdım. Görünür, hələ zəif tərəflərim var. Məşqlərdə daha çox çalışıb, bundan sonra ancaq qızıl medala köklənəcəyəm”.

Həmin kateqoriyadan