- Baxış sayı: 35
- 28 İyul 2026 23:53
- Baxış sayı: 38
- İyul 28, 2026
- 0

Milli gimnastika arenasında yeniyetmə güləşçilərin dünya çempionatında İsfahan Həsənov (80 kq) finalda iranlı Əlirza Həsənə 1:2 hesabı ilə yenildi. Allsport.az saytı xəbər verir ki, mübarizə bitdikdən sonra KİV əməkdaşları ona yaxınlaşdılar:
“Allaha həmd olsun, finala qədər yaxşı gəlmişdim, güclü rəqibləri sıradan çıxarmışdın. Həlledici görüşdə bir balaca uğursuzluq oldu. Parterdə rəqibi tutmam bir qədər yuxarıdan alındı, fəndi icra edə bilmədim. Əvəzində, onda alındı. Amma həvəsdən düşmək olmaz.
Bundan sonra daha inanacağam, daha iddialı olacağam. Buradan məşqçilərimə təşəkkürümü bildirirəm. Allah hamıdan razı olsun. Ölkə çempionatından sonra dayanmadan təlim-məşqlər keçirdik. Bəhrəsini gördük. Daha yaxşı ola bilərdi, qismət deyilmiş”.