Həmvətənlərimiz Murmansk vilayətində yunan-Roma güləşi üzrə yarışda fərqlənib

Murmansk vilayətinin Oleneqorsk şəhərinin Bədən tərbiyəsi evinin idman zalında şəhər rəhbərinin kuboku uğrunda yunan-Roma güləşi üzrə yarışlar keçirilib. Allsport.az saytının məlumatına görə, turnirdə Severomorsk, Snejnoqorsk, Oleneqorsk və Kola rayonundan da 99 gənc pəhləvan iştirak edib.

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AzərTAc-a bildirib ki, Oleneqorsk şəhərinin “Olimp” Uşaq və Yeniyetmə İdman Məktəbinin yetirmələri olan həmvətənlərimiz Ruslan Süleymanov, Rəcəb Əliyev, Qurban Əliyev öz yaş qruplarında və çəki kateqoriyalarında mükafatlara layiq görülüblər.

Yarışların qalibləri və mükafatçıları Oleneqorsk administrasiyasının medalları və fəxri fərmanları ilə təltif olunublar. Ruslan Süleymanov xüsusi mükafatla – “Ən yaxşı döyüş texnikasına və taktikasına görə” mükafatı ilə təltif edilib.

Həmin kateqoriyadan