Həmyerlimiz çempionlar liqasında

Həmyerlimiz çempionlar liqasında

Azərbaycan voleybol federasiyası regional inkişaf mərkəzinin rəhbəri üzvü Nərgiz İsmayılova təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, qadınlar arasında çempionlar liqasında “B” qrupunun “Prometey” (Dnepr, Ukrayna) – “Volei Alba” (Blaj, Rumıniya) matçının supervayzeri olacaq.

CEV-in bu təyinatına əsasən, həmyerlimiz görüşün hakimləri – macarıstanlı Peter Szabo və fransalı Christophe Lecourtun işinə qiymət verəcək.

Qarşılaşma bu gün Çex Respublikasının Kutna Hora şəhərində keçiriləcək.

Həmin kateqoriyadan