Həmyerlimiz gənc voleybolçuların qitə çempionatında hakimlərə qiymət verəcək

Avropa voleybol konfederasiyasının idarə təşkilatı komissiyasının azərbaycanlı üzvü Mixail Frişman gənc oğlanlar arasında Avropa çempionatının II təsnifat oyunlarına təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, o, mayın 19-21-də Latviyanın Dauqavpils şəhərində “B” qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.

Bu qrupda ev sahibləri ilə yanaşı, Farer adaları və Serbiya milliləri mübarizə aparacaqlar. Görüşlərin oyunlarını bosniyalı Nikola Koziç, ingiltərəli Katarina Kepinova və almaniyalı Rozej Marko idarə edəcəklər.

Həmin kateqoriyadan