Həndbol klublarımız açıq məkanda hazırlığı davam etdirirlər

Koronavirusla laqədar qapalı idman qurğularında məşqlərə və yarışlara qadağa tətbiq olunduğundan, idmançılar açıq məkanlarda hazırlığı davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, məqsəd ölkə çempionatının startınadək fiziki durumu lazımi səviyyəyə çatdırmaqdır.

Bu səbəbdən, həndbol çempionatlarına da hələ start verilməyib. Komandalarımız AzDBTİA-nın stadionunda yeni mövsümə hazırlığı davam etdirirlər.

Sentyabrdan başlanan məşqlərdə 8 komanda iştirak edir. Qadınlardan ibarət “Azəryol”, “Azərsu”, “Qarabağ”“İdman akademiyası”, kişilərdən ibarət “Məhsul”, “Təhsil”, “Bakı”U-18 komandaları həftədə bir neçə dəfə məşqə çıxırlar.

İşğal altında olan torpaqlarımız uğrunda gedən Vətən müharibəsində ordumuzun qazandığı qələbələr, bütün idman ictimaiyyəti kimi həndbolçularımızı da ruhlandırıb. Onlar da müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Həmin kateqoriyadan