Həndbol milli komandalarında yeni baş məşqçilər

Həndbol üzrə seçmə komandalarında yeni baş məşqçilər təyin olunub. Allsport.az saytının əldə etdiyi məlumata görə, qadın millisi serbiyalı Slavişa Ristiçeviçə tapşırılıb. 56 yaşlı mütəxəssisin son iş yeri Qətər olub.

Yığma bir müddətdir ki, “Sərhədçi” olimpiya idman mərkəzində məskunlaşıb. Əsas hazırlıq Konya-2021 İslan oyunlarınadır. Komandaya bir neçə legionçu cəlb olunub. Onlar əsasən pandemiyadan öncə Azərbaycan superliqasında çıxış edn həndbolçulardır.

Kişilərdən ibarət komandanın başına iranlı Nəssir Salimi keçib. O, kirmanşahlıdır, ölkə milisi və klublarında çalışıb.

Həmin kateqoriyadan