Hər il fəxri kürsüdə! Yunan-Roma güləş millisi bu dəfə Avropa birinciliyində 2-ci oldu

Albaniyanın paytaxtı Tiranada yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb. Allsport.az saytı xəbər verir ki, qitə birinciliyində 6 medal qazanan milli, 118 xal toplayaraq komanda hesabında 2-ci yeri tutub. Bahadırlarımız yalnız Gürcüstandan (185) geri qalıb.

AÇ-də 1 qızıl və 5 bürünc medal olub. Turan Daşdəmirov (45 kq) bütün rəqiblərinə qalib gəlib. Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar.

Yarşdan öncə AGF-in icraiyyə komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev və federasiyanın digər rəsmi şəxsləri, eləcə də yaşlı məşqçilər öz müvafiq tövsiyyələrini veriblər. Nəzərinizə çatdıraq ki, rəhbərlik yeniyetmələrə xüsusi diqqət və qayğı göstərir. Milli komandalarımız federasiyanın bazasında məskunlaşıb. Orada onlar bütün lazımi şəraitlə təmin olunublar.

Həmin kateqoriyadan