Hərbçi güləşçilərimiz dünya çempionatında uğurlu çıxış edib

Moskvada hərbçi güləşçilərin 33-cü dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışa 22 ölkədən 350-dən çox idmançı qatılıb. Mübarizədə olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları da iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş komandamızda Nazim Əlicanov, yunan–Romada Taleh İsrafilov olublar. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakimlər Sədi Quliyev və Elman İsmayılov yer alıblar.

Nəticəyə gəldikdə, “sərbəstlər”də Kənan Əliyev (86 kq) 2-ci, Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (74 kq), Roman Bəkirov (97) 3-cü yeri tutublar. Qadınlarda Ceyla Nağızadə (65 kq) hamını üstələyib. Sona Tumarxanova (50 kq) 3-cü pilləyə çıxıb. “Klassiklər”də Həsən Əliyev (77 kq) qızıl, Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) gümüş və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan–Roma millimiz komanda hesabında 3-cü olub.

Həmin kateqoriyadan