Hərbçilərin dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri!

Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının təşkilat komitəsinin rəhbərliyi yağımın hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı ölkə başçısı İlham Əliyevin silahlı qüvvələrdə hərbçilərin fiziki hazırlıq və idman sahəsinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların beynəlxalq yarışlarda yurdumuzu layiqincə təmsil etməsi və yeni-yeni uğurlara nail olması xüsusi qeyd olunub. Dünya çempionatının Azərbaycanda keçirilməsinin məsuliyyəti və əhəmiyyəti xatırladılıb. Tədbirdə həmçinin yarışda iştirak edəcək Azərbaycan güləşçilərinin adları açıqlanıb.

Azərbaycanı sərbəst güləşdə Əliabbas Rzazadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), İbrahim Yusubov (92 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq); yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ülvi Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Azad Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq); qadın güləşində Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Nərgiz Səmədova (55 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (62 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan